O müəllimlər işdən qovulacaq - RƏSMİ

O müəllimlər işdən qovulacaq - RƏSMİ
16:03 17 May 2017
906 Ölkə
Ölkə mətbuatı
A- A+

"2015-2016-ci illərdə rayonlarda apardığımız araşdırmalar nəticəsində daxili yerdəyişmələrdə nöqsanlar aşkarlanıb".

Publika.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, diaqnostik qiymətlərdirmə üçün müəllimlərin sənədlərinin araşdırılması zamanı bu nöqsanlar üzə çıxıb:

“Müəllimlərin işə qəbulunda vakansiyaların gizlədilməsinin qarşısını almaq üçün tədbirlər daha da gücləndirilib. Belə ki, əvvəlki illərdə daxili yerdəyişməni yerli idarəetmə orqanlarına vermişdik. Bu ildən proses Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. İki il ərzində aparılan araşdırmalar daxili yerdəyişmədə dəyişikliklərin edilməsini səbəb olub. Bu sahədə problemlər ən çoxu müəllimlərin sıxlıq olan, vakansiya olmadığı halda müəllimin kənd məktəbindən şəhər məktəbinə gətirilməsidir. Gizlədilən vakansiyaya işə qəbul edilən müəllimlərin yerləri Təhsil Nazirliyi tərəfindən müəyyən edilib. Bu il həmin yerlər də müsabiqəyə çıxarılacaq. Bu il əvvəlki illərdən fərqli olaraq müsabiqədə daha çox vakansiyaların ayrılması nəzərdə tutulur. Təhsil müəssisələrində vakansiyalarla bağlı elektron sistem yaradılıb, lakin tam formalaşmayıb. Formalaşandan sonra bu problemlərin tama aradan qaldırılması gözlənilir. Vakansiyaları gizlədilərək işə qəbul edilən müəllimlərin hamısı ilə müqavilələrə bu ilin sonunda xitam veriləcək. Sonradan həmin müəllimlərin dərs yükü mö-vcud müəllimlər arasında bölünməsi mümkün olmazsa, həmin yerlər də vakansiyaya təqdim ediləcək. Bu vaxta qədər nə qədər müəllimin bu cür işə qəbul edilməsi ilə bağlı rəqəmlər hələ tam müəyyən edilməyib”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/199153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR