Bakı-2017: Atıcılıq komandamız gümüş medal qazandı

Bakı-2017: Atıcılıq komandamız gümüş medal qazandı
16:05 17 May 2017
35 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan dairəvi stend üzrə qarışıq komanda yarışında gümüş medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Emin Cəfərov və Nurlana Cəfərovadan ibarət ikinci komandamız finalda Bəhreynə uduzub - 24:27.

Niyaz Ağazadə və Regina Meftahətdinovadan ibarət birinci komandamız isə üçüncü yer uğrunda qarşılaşmada türkiyəli atıcılara məğlub olaraq yarışı medalsız başa vurub - 25+1:25+2.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR