Play Store

Almaniyadan Ərdoğana qarşı XAİN ADDIM

Almaniyadan Ərdoğana qarşı XAİN ADDIM
16:13 17 May 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Frankfurt hava limanında 5 türk vətəndaşı hökumətdən sığınacaq istəyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sığınacaq istəyən türklərdən biri qadındır.

Almaniya Federal Polisinin yaydığı məlumata görə, sığınacaq istəyən türklər Türkiyə hökuməti tərəfindən təqib olunduqlarını iddia ediblər. Onlar Almaniyaya Yunanıstan ərazisindən keçərək daxil olublar.

Almaniya mediasının məlumatına görə, sığınacaq istəyən türklərdən ikisi Türkiyə Silahlı Qüvvələrində general rütbəsinə qədər qalxıblar.

Məlumatda deyilir ki, sözügedən şəxslərin beşi də Türkiyədə “FETÖ” üzvü olmaqda təqsirli bilinir.

Almaniya hökuməti sığınacaq istəyən türkləri Giessen şəhərində yerləşən miqrant düşərgəsinə göndərib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR