Play Store

Bu müəllimlərlə əmək müqaviləsinə xitam veriləcək

Bu müəllimlərlə əmək müqaviləsinə xitam veriləcək
16:24 17 May 2017
554 Digər
Ölkə mətbuatı
A- A+

“Təhsil Nazirliyi 2014-cü ildən sonra müsabiqədənkənar işə qəbul edilən, vakansiyalar gizlədilərək işə götürülən müəllimlərin barəsində tədbir görüb. Tədris ilinin sonunda onların hamısı ilə əmək müqavilələrinə xitam veriləcək. Həmin müəllimlərin sayı hələ dəqiq deyil və onların sənədlərinin yoxlanması prosesi gedir. Sonradan həmin müəllimlərin işlədiyi yer vakansiyaya düşəcəksə, mövcud müəllimlər arasında dərs yükünü bölmək mümkün deyilsə, o saatlar vakansiyaya çıxarılacaq”.

 

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

 

E. Bağırov qeyd edib ki, nazirlik tərəfindən vakant yerlərlə bağlı yaradılan sistem daim işləyir. Bu il sistemin daha da təkmilləşdirilməsinin nəzərdə tutulduğunu deyən nazirlik rəsmisi qeyd edib ki, həmin sistemin əmək haqqı hesablanma sisteminə inteqrasiyası nəzərdə tutulub. E. Bağırov bildirib ki, sistem  tam formalaşandan sonra neqativ hallar olmayacaq.

 

Müdir əvəzi əlavə edib ki, bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən biri də müəllimlərin daxili yerdəyişmələrinin Təhsil Nazirliyinin tərəfindən həyata keçirilməsidir: “Əvvəlki illərdə bu səlahiyyət yerli təhsil idarəetmə orqanlarına verilmişdi. Bu il isə proses Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu zərurət bəzi yerlərdə vakant müəllim yerlərinin gizlədilməsi və digər məsələlərdən irəli gəlib.

 

2015 və 2016-cı illərdə yerlərdə, rayonlarda aparılan yoxlamalar, araşdırmalar nəticəsində daxili yerdəyişmələrdə ciddi nöqsanların olduğu üzə çıxıb. Diaqnostik qiymətləndirmə zamanı müəllimlərin sənədləri araşdırılarkən bu faktlar aşkarlanıb. Həmin nöqsanların aradan qaldırılması məqsədilə bu prosesi öz üzərimizə götürmüşük.

 

Bu il ilk dəfə olaraq müəllimlərin daxili yerdəyişməsini nazirlik tərəfindən həyata keçirəcək. Nazirlik tərəfindən aşkarlanan faktlardan ən çoxu müəllimlərin sıxlıq olan ərazilərə yerləşdirilməsi, vakansiya olmadığı halda müəllimin kənd məktəbindən şəhər məktəbinə gətirilməsi digərləridir. Gizlədilən vakansiyaya işə götürülən müəllimlərin yerləri nazirlik tərəfindən müəyyən olunub. Onların hamısı müsabiqəyə çıxarılacaq və bu il əvvəlki illərdən daha çox vakant yer elan olunacaq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR