Putin: “Səs yazısını verməyə hazırıq”

Putin: “Səs yazısını verməyə hazırıq”
16:28 17 May 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva ABŞ Senatı və Konqresinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ prezident Donald Trampın danışıqlarının səs yazısını verməyə hazırdır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İtaliyanın xarici İşlər naziri Paolo Qentiloni ilə görüşün nəticələrinə həsr edilmiş mətbuat konfransında deyib.

“Əgər Birləşmiş Ştatların administrasiyası arzu edərsə, biz ABŞ Senatı və Konqresinə Trampla Lavrovun söhbətinin səs yazısını verməyə hazırıq”, - Putin bildirib.

Putinin sözlərinə görə, ABŞ-da hansısa bir siyasi şizofreniya inkişaf edir.

Xatırladaq ki, prezident Donald Trampın Sergey Lavrova tam məxfi informasiyanı verdiyini ilk olaraq “Vaşinqton Post” nəşri öz mənbələrinə istinadən yazıb. “Röyters” agentliyinə danışan Ağ Evdəki mənbələr iddianı təsdiqləyiblər.

Tramp Lavrova hansı məxfi informasiyanı verdi? - Təyyarədə SUİ-QƏSD

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR