“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları”nda yeni quyu qazılır
16:36 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Neft Daşları” yatağında 1637A saylı estakadayanı meydançadan 2644 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend SOCAR-a istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1900 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2755784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR