Play Store

Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli artıb

Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli artıb
16:42 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində magistral qaz kəmərləri ilə 8 036,2 mln. kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,6% artım müşahidə olunub. Qaz nəqlinin 31,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 2 554,6 mln. kubmetr qaz ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 1,6% çoxdur.
Qeyd edək ki, CQBK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
CQBK-nin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/baki-tbilisi-erzurum-kemeri-ile-qaz-neqli-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR