Ağır atlet Elnarə Abbasova: Bakıda keçirilən İslamiada idman tarixinə düşəcək

Ağır atlet Elnarə Abbasova: Bakıda keçirilən İslamiada idman tarixinə düşəcək
16:50 17 May 2017
127 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

Biz çox çalışmışdıq və şadam ki, əməyimiz mükafatla təltif olundu.

Bunu Trend-ə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmış ağır atlet Elnarə Abbasova deyib.

O deyib: “Uğur əldə etməyimə imkan yaratmış hər kəs – anam, məşqçilər, Federasiya rəhbərliyi qarşısında baş əyirəm. İslamiadanın Bakıda keçirilməsi, möhtəşəm açılış, təşkilatın yüksək səviyyəsi, bütün bunlar idman tarixinə düşəcək”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR