Ermənistanda homoseksuallar etiraz edir

Ermənistanda homoseksuallar etiraz edir
16:52 17 May 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın LGBT icması ölkədə cinsi dəyişikliklərə icazə verilməsini istəyir.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Yeni Nəsil" humanitar ictimai təşkilatın sədri Sergey Qabrelyan bildirib.

Onun sözlərinə görə, LGBT icması belə bir qanunun Ermənistanda qəbul edilməsi üçün hər şey edəcək.

"Hazırda biz həkimlər, hüquq müdafiəçiləri ilə birgə işləyirik ki, Ermənistanda cinsi dəyişikliyə icazə verən qanun qəbul edilsin və ya tətbiq edilən qanunlarda elə dəyişikliklər edilsin ki, cinsi dəyişikliyə icazə verilsin"- deyə Sergey Qabrielyan bildirib.

"Qanunun tərəfi" İctimai Təşkilatının sədri, hüquq müdafiəçisi Lilit Martirosyan isə vurğulayıb ki, bu gün Ermənistanda transgender şəxslərin hüquqları pozulur, çünki cinsi dəyişiliklər Ermənistanda qanunla tənzimlənmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/545780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR