"Qəbələ"dən ayrılanların arasına daha bir futbolçu qoşulub. Bu barədə Fanat.Az-a bölgə təmsilçisinin əsas komandasının meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Klub rəsmisi "qırmızı-qaralar"la olan müqaviləsinin müddəti başa çatan estoniyalı hücumçuyla yeni müqavilə imzalanmayacağını bildirib: "Zenyovla yeni anlaşma imzalanmayacaq. Ona gələcək karyerasında uğurlar arzulayırıq".
Fanat.Az