"Bakıda keçirilən İslamiada idman tarixinə düşəcək" - FOTO

"Bakıda keçirilən İslamiada idman tarixinə düşəcək" - FOTO
17:05 17 May 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

"Biz çox çalışmışdıq və şadam ki, əməyimiz mükafatla təltif olundu".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmış ağır atlet Elnarə Abbasova deyib.

O deyib: "Uğur əldə etməyimə imkan yaratmış hər kəs - anam, məşqçilər, Federasiya rəhbərliyi qarşısında baş əyirəm. İslamiadanın Bakıda keçirilməsi, möhtəşəm açılış, təşkilatın yüksək səviyyəsi, bütün bunlar idman tarixinə düşəcək".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR