Madrid klubu "Çelsi"nin forvardından əl çəkmir

Madrid klubu "Çelsi"nin forvardından əl çəkmir
17:17 17 May 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

“Atletiko”nun çalışdırıcısı Dieqo Simeone “Çelsi”nin forvardı Dieqo Kostanı transfer etmək fikrindən əl çəkmir. Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, “hindular”ın baş məşqçisi rəhbərliyin qarşısına 2007-2014 aralığında məhz Madrid klubunda oynamış Kostanı geri qaytarmaq tələbi qoyub.


İspaniya təmsilçisi artıq “Torino”nun 100 milyon avroluq hücumçusu Andrea Belottinin mümkün transferi haqda da düşünmür.

 

Qeyd edək ki, Kosta ötən yay “Atletiko”ya qayıtmağa yaxın indi. Lakin son anda fikrini dəyişən “Çelsi” bossları onu İspaniyaya buraxmadı. Ardından isə İngiltərə mətbuatında onun Çin klubuyla razılaşdığı haqda xəbərlər yayıldı.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-madrid-klubu-quotcelsiquotnin-forvardndan-l-ckmir-t58148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR