Azərbaycanın Gənc Dostları Klubu Prezident İlham Əliyevə müraciət edib

Azərbaycanın Gənc Dostları Klubu Prezident İlham Əliyevə müraciət edib
17:17 17 May 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanın Gənc Dostları Klubu (litvalı həmsədr Salomeya Lukayte və yunanıstanlı həmsədr Dimitrios Asproulis) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. 
"Report"un məlumatına görə, məkubda bildirilir: 
"Möhtərəm cənab Prezident.
Biz – dünyanın müxtəlif ölkələrindən olan Azərbaycanın Gənc Dostları 2017-ci il mayın 10-11-də Almaniyanın multikulturalizm mərkəzlərindən biri olan Auqsburqda unudulmaz xoş günlər keçirdik, bir-birimizi daha yaxından tanıdıq, ulu öndər Heydər Əliyevin xatirəsini anmaq üçün öz təşəbbüs və istəyimizlə beynəlxalq nəzəri-praktik konfransa toplaşdıq.
Azərbaycanın və dünyanın 17 ölkəsinin universitetlərini təmsil edən, Azərbaycanın Gənc Dostları Klubunun üzvü olan onlarla tələbə Azərbaycanın multikulturalizm modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikirlərini, eyni zamanda, təəssüratlarını bir-biri ilə bölüşdülər. Bu konfransın keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın Gənc Dostlarının növbəti mənəvi birliyinin parlaq təcəssümü oldu.
Sizin sərəncamınızla 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bir daha göstərir ki, günəşli ölkənizdə fərqli mədəniyyətlərə mənsub insanlar arasında heç bir ayrı-seçkilik yoxdur. Sizin təşviqinizlə həyata keçirilən Beynəlxalq Multikulturalizm Qış və Yay Məktəbinin iştirakçıları kimi qatıldığımız tədbirlər, ölkənizdəki müxtəlif ibadət evlərini ziyarət Azərbaycanın multikultural və tolerantlıq məkanı olması barədə universitet auditoriyalarında eşitdiklərimizin əyani təsdiqi oldu.


Cənab Prezident, Sizə bildirmək istəyirik ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu konfransdan zəngin təəssüratla ayrılır, yenə də qəlbimizdə özümüzlə Azərbaycan sevgisi aparırıq". 
Qeyd edək ki, müraciət Azərbaycanın Gənc Dostları Klubunun üzvlərinin iştirakı ilə 2017-ci il mayın 10-11-də Almaniyanın Auqsburq şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı keçirilən “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda beynəlxalq nəzəri-praktik konfransda qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycanin-genc-dostlari-klubu-prezident-i-lham-eliyeve-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR