“Bakı Tikinti - Quraşdırma” səhmdarlarına hesabat verəcək

“Bakı Tikinti - Quraşdırma” səhmdarlarına hesabat verəcək
17:32 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ İyunun 30-da, saat 12:00-da “Bakı Tikinti - Quraşdırma” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Köndələn küçəsi, 1 ünvanında olacaq. Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki maliyyə-təsərrüfat fəaliyyətinin təhlil edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Bakı Tikinti - Quraşdırma” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 37 864 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/baki-tikinti-qurasdirma-sehmdarlarina-hesabat-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR