Play Store

"Kasperski laboratoriyası": “WannaCry” virusu 74 ölkənin sistemini iflic edib

"Kasperski laboratoriyası": “WannaCry” virusu 74 ölkənin sistemini iflic edib
17:35 17 May 2017
Ölkə mətbuatı
A- A+

"Kasperski Laboratoriyası"nın əməkdaşları kibercinayətkarların genişmiqyaslı hücumu ilə bağlı öz fikirlərini bildiriblər. Xatırladaq ki, hakerlər mayın 12-də dünyanın 74 ölkəsində sistemlərə müdaxilə məqsədilə “WannaCry” virusundan istifadə ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, ekspertlər bildiriblər ki, hakerlər kompüterlərə müdaxilə üçün “Security Bulletin MS17-010” sistemində aşkar edilmiş boşluqdan istifadə ediblər. Sistemi müdafiə etmək üçün “Microsoft” tərəfindən buraxılmış yeniləmə paketindən istifadə etmək lazım idi. Kompüterlərə giriş əldə edən kibercinayətkarlar faylları blokdan çıxarmaq üçün pul tələb ediblər. İstifadəçidən pulu izlənməyən bitkoin hesaba köçürmək tələb edilib, əks təqdirdə istifadəçinin kompüterində saxlanılan bütün informasiya silinir.

Genişmiqyaslı hücum nəticəsində Böyük Britaniyada tibb müəssisələrinə böyük zərər dəyib.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47856-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR