Tanınmış diktorun səhhəti pisləşdi - XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

Tanınmış diktorun səhhəti pisləşdi - XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
17:54 17 May 2017
138 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış azərbaycanlı diktor, xalq artisti Rafiq Hüseynlinin səhhəti pisləşib. Bu barədə Lent.az-a xalq artistinin özü xəbər verib. O bildirib ki, mayın 15-dən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib: “Yalandan deməyim, artıq pisəm, özümü yaxşı hiss etmirəm. Həkimlər də deyir ki, 1-2 günə həllini tapan bir xəstəlik deyil. Onkoloji xəstəliyimlə bağlı Türkiyədə müayinə olundum, Bakıya qayıtdım. Amma vəziyyətim ürəkaçan deyil”.

 

Qeyd edək ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir. R.Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR