Gimnast Murad Ağarzayev: Qələbəmi anama həsr edirəm

Gimnast Murad Ağarzayev: Qələbəmi anama həsr edirəm
17:55 17 May 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında idman gimnastikasında komanda hesabında gümüş, fərdi hesabda qızıl medal qazanmış Murad Ağarzayev uğurlarını anasına həsr edib.

Bunu 18 yaşlı gimnast Trend-ə açıqlamasında deyib.

M.Ağarzayev anasının altı yaşından bəri onu dəstəklədiyini və uğuruna inandığını deyib: “Qoy bu uşaqlar üçün nümunə olsun. Mümkün olmayan heç nə yoxdur. Qoy qələbələrimiz sayəsində himnimiz səslənsin və Azərbaycan bayrağı dalğalansın”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR