Play Store

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında iştirak edir

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında iştirak edir
18:01 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 15-də Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş qərargahında bu təşkilatın Şurasının illik sessiyası işinə başlayıb. Azərbaycan nümayəndə heyəti iclasda iştirak edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, şura BTİ-nin ali orqanıdır, illik iclasında təşkilatın keçən ildə fəaliyyətini qiymətləndirir, hesabatları təsdiq edir, yeni birillik müddətə planları müəyyənləşdirir.

BTİ-nin 193 üzv ölkəsindən yalnız 48-i Şuranın üzvüdür, Azərbaycan 2014-cü ildə Şuraya üzv seçilib.

Azərbaycan nümayəndə heyəti Şuranın iclasında fəal iştirak edir, gündəlikdəki məsələlər üzrə təkliflərini bildirir, çoxsaylı görüşlər keçirir.

Bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilir və günün mövzusuna uyğun olaraq “Böyük təsir üçün böyük həcmli verilənlər” mövzusunda toplantı keçirilir. Toplantıda inkişaf məqsədləri üçün böyük verilənlərin potensialından istifadə və inkişafı dəstəkləmək üçün böyük həcmli verilənlərin informasiyanın əldə edilməsinə imkanları müzakirə olunur.

Sessiya öz işini mayın 25-dək davam etdirəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2755854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR