Bakı-2017: Atletimizdən gümüş medal

Bakı-2017: Atletimizdən gümüş medal
18:01 17 May 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışları keçirilir.

Trend-in məlumatına görə, atletimiz Rahib Məmmədov kişilər arasında 110 metr məsafəyə maneələrlə qaçış üzrə yarışın finalında gümüş medal qazanıb - 14,18 saniyə.

Qızıl medal Səudiyyə Ərəbistanı idmançısı Ahmed Almuvallad, bürünc medal isə İraq təmsilçisi Mohammed Sad Al-Xfaci yiyələnib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR