Tanınmış diktorun səhhəti pisləşdi - XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

Tanınmış diktorun səhhəti pisləşdi - XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
18:05 17 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış azərbaycanlı diktor, xalq artisti Rafiq Hüseynlinin səhhəti pisləşib.

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a xalq artistinin özü xəbər verib. O bildirib ki, mayın 15-dən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib: "Yalandan deməyim, artıq pisəm, özümü yaxşı hiss etmirəm. Həkimlər də deyir ki, 1-2 günə həllini tapan bir xəstəlik deyil. Onkoloji xəstəliyimlə bağlı Türkiyədə müayinə olundum, Bakıya qayıtdım. Amma vəziyyətim ürəkaçan deyil".

Qeyd edək ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir. R.Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR