Rusiya iqtisadiyyatı I rübdə 0,5% artıb

Rusiya iqtisadiyyatı I rübdə 0,5% artıb
18:07 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Rusiya iqtisadiyyatının həcmi bu ilin ilk rübündə illik müqaşyisədə 0,5% artım göstərib. "Report" "Rambler News Service" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Statis Xidməti məlumat yayıb. Qeyd edək ki, bu göstərici ilkin xarakter daşıyır və dəyişə bilər.
Xatırladaq ki, aprel ayında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ilk rübdə ÜDM-in 0,4% artacağını, Rusiya Bankı (Mərkəzi Bank) isə 0,4-0,7% artacağını proqnozlaşdırırdı. Bu ilin yekununda isə Rusiya Bankı ÜDM-də 1-1,5% artım gözləyir. Qeyd edək ki, Rusiya iqtisadiyaytı 2016-cı ildə 0,2%, 2015-ci ildə isə 3% kiçilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiya-iqtisadiyyati-i-rubde-0-5-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR