Cüdoçu Elxan Məmmədov: İslamiadada iki qızıl medal karyeramın parlaq səhifəsidir (FOTO)

Cüdoçu Elxan Məmmədov: İslamiadada iki qızıl medal karyeramın parlaq səhifəsidir (FOTO)
18:15 17 May 2017
114 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

İslamiadada iki qızıl medal mənim karyeramın parlaq səhifəsidir.

Bunu Trend-ə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında həm fərdi, həm də komanda hesabında qızıl medal qazanmış cüdoçu Elxan Məmmədov deyib.

O deyib: “Mən beynəlxalq turnirlərin qalibi olmuşam, ölkəni Pekin və London Olimpiadalarında təmsil etmişəm. Amma doğma meydanda qələbə mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu, mənim karyeramın parlaq səhifəsidir”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR