Azərbaycanda bu kəndlə nəqliyyat əlaqəsi kəsilib

Azərbaycanda bu kəndlə nəqliyyat əlaqəsi kəsilib
18:19 17 May 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Keçmədin kəndinə aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsinin kəsilib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu səbəbdən tibbi yardıma ehtiyacı olan 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə xilasedicilərə müraciət daxil olub. Müvafiq köməklik göstərilməsi məqsədi ilə dərhal Nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq  vətəndaşın təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

 

Əməliyyat saat 13:46-da başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR