Azərbaycan güləşçisi bürünc medal qazandı

Azərbaycan güləşçisi bürünc medal qazandı
18:29 17 May 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (59 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.

Trend-in məlumatına görə, 3-cü yer uğrunda mübarizədə idmançımızın rəqibi İordaniya təmsilçisi Alqade Mostafa Sultan Rayek olub.

Güləşçimiz rəqibini 8:0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR