Güclü yağış Şamaxıda kəndlə nəqliyyat əlaqəsini kəsdi, 1 nəfər...

Güclü yağış Şamaxıda kəndlə nəqliyyat əlaqəsini kəsdi, 1 nəfər...
18:33 17 May 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxıya aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsi kəsilib, köməksiz vəziyyətdə qalan kənd sakininə yardım edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Keçmədil kəndinə aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsinin kəsilməsi səbəbindən tibbi yardıma ehtiyacı olan 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Müvafiq köməklik göstərilməsi məqsədi ilə dərhal Nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq vətəndaşın təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

Əməliyyat saat 13:46-da başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/199175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR