Erməni mahnısı oxuyan Özcan Dənizdən azərbaycanlılara: "Aranızda çox cahil və kor..." - VİDEO

Erməni mahnısı oxuyan Özcan Dənizdən azərbaycanlılara: "Aranızda çox cahil və kor..."  - VİDEO
18:48 17 May 2017
222 Şou
Ölkə mətbuatı
A- A+

Erməni mahnısı oxuduğu üçün azərbaycanlılar tərəfindən tənqidlə qarşılanan Özcan Dəniz açıqlama verib.

Publika.az xəbər verir ki, müğənni, rejissor və aktyor bu barədə İnstaqramda yazıb.

"Mənim bir tərəfim musiqiçidir və heç bir millətin mahnısına düşmən ola bilmərəm. Radioda təsadüfən dinlədiyimiz mahnını hansı dildə olduğunu düşünmədən komandamla birgə ifa edib əyləndik və həmin anları sizinlə paylaşdıq. Çox sonra gələn mesajlardan erməni mahnısı olduğunu öyrəndim və sizin bu mövzudakı həssaslığınızı bildiyim üçün də videonu sildim. Biz yunanlarla belə mahnılarımızı bölüşürük. Bizim mədəniyyətimizdə mahnılara qarşı düşmənçilik yoxdur. Mənim ölkəmdə çoxlu sayda erməni olan vətəndaşımız varkən sizin kimi düşünə bilmərəm və düşünmərəm. Biz hamımız bu ölkədə türk vətəndaşı olaraq yaşayırıq. Sənətə, mahnılara, melodiyalara, mədəniyyətlərə düşmənçilik olmaz. Siyasətə qarşı düşmənçilik olar. Mən də nə siyasətçiyəm, nə də siyasi mövqeyi olan sənətçi. Sadəcə azərbaycanlı qardaşlarımızı bu haqlı qəzəblərindən dolayı anlayıram və də həssaslıq göstərirəm. Mən oraya pul qazanmaq üçün konsert və ya film gətirmirəm. Oradakı azərbaycanlı dostlarımızla bərabər türk filmləri ilə sizləri yaxınlaşdırmağa, sosial həyatınızı canlandırmağa çalışıram. Göstərdiyim səylərin xərclərimizin ödənməsindən başqa bir qarşılığı yoxdur. Mən dünyaya türk, kürd, laz, erməni, azərbaycanlı, ərəb, yunan, ingilis deyə baxmaram. Əgər baxsam sənətçi ola bilmərəm. İnsan kimi baxaram və insanlar arasında ayrıseçkilik salan siyasəti də əsla sevmərəm. Aranızda çox cahil və kor kimi baxan insanlar var, bizdə olduğu kimi. Onların təsiri altında olan bir cəmiyyət olmamağımızı istəyirəm. Sizləri sevirəm, acılarınızı sonuna qədər paylaşıram. Sizdən bir çıxarım yoxdur, amma bilin ki, mənim can qardaşımsınız. Biz eyni millətin və eyni torpağın övladlarıyıq".

Qeyd edək ki, o, bir müddət öncə erməni dilində mahnı oxumuş və bunu sosial şəbəkə hesabında paylaşmışdı.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/199173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR