Rəsul Çunayev İslamiadanı bürünclə başa vurdu

Rəsul Çunayev İslamiadanı bürünclə başa vurdu
18:50 17 May 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.

Trend-in məlumatına görə, bu dəfə güləşçimizin rəqibi Türkiyə təmsilçisi İlker Sönmez olub.

İdmançımız rəqibini 4:1 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR