Quran cinayətkar dəstənin ələ keçməsinin SƏBƏBİ OLDU

Quran cinayətkar dəstənin ələ keçməsinin SƏBƏBİ OLDU
19:03 17 May 2017
262 Dünya
Ölkə mətbuatı
A- A+

Tacikistanın gömrük işçiləri ölkədən qədimi “Qurani-Kərimi” çıxarmaq istəyən cinayətkar dəstəni zərərsizləşdirib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qırğızıstana aid dövlət nömrə nişanlı maşından polietelen paketə bükülmüş Quranın qədim nüsxəsi aşkarlanıb.

Quranın 300 illik tarixinin olduğu və ədəbi-mədəni cəhətdən böyük dəyər kəsb etdiyi bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Tacikistan Milli Kitabxanasında XVI əsrə aid daha bir “Qurani-Kərim” saxlanılır. Bu quranın iki ön və iki arxa vərəqləri qızıl suyu ilə yazılıb.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR