“Zirə” klubu İslamiadada çıxış edən futbolçu ilə müqavilə bağlayıb

“Zirə” klubu İslamiadada çıxış edən futbolçu ilə müqavilə bağlayıb
19:07 17 May 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ “Zirə” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.
“Report”un qəsəbə təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qış fasiləsində ikinci dəfə “qartallar”a qoşulan mərkəz müdafiəçisi Sadiq Quliyevlə birillik yeni müqavilə imzalanıb.
İyirmi iki yaşlı futbolçu hazırda IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycan yığmasının heyətində yer alıb və qrup mərhələsinin hər üç oyununda "11-lik"də meydana çıxıb.
Qeyd edək ki, “Zirə” klubu daha əvvəl qapıçılar Anar Nəzirov, Kamal Bayramov, müdafiəçi Təmkin Xəlilzadə və serbiyalı yarımmüdafiəçi Milan Duriçlə yeni müqavilə bağlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-klubu-i-slamiadada-cixis-eden-futbolcu-ile-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR