İslamiadada paraatletimizdən QIZIL

İslamiadada paraatletimizdən QIZIL
19:08 17 May 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişi paralimpiyaçılar arasında T12 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışında atletimiz Elmir Cəbrayılov qızıl medal qazanıb. Trend-in məlumatına görə, o, müvafiq məsafəni 11,14 saniyəyə qaçıb.

Qeyd edək ki, bununla Azərbaycan millisi İslamiadada 44-cü qızıl medalını qazanıb.

Yarışda gümüş medalı Özbəkistan təmsilçisi Mansur Abdiraşidov, bürünc medalı isə mərakeşli Mahdi Afri qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR