IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişi paralimpiyaçılar arasında T12 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışında atletimiz Elmir Cəbrayılov qızıl medal qazanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, o, müvafiq məsafəni 11,14 saniyəyə qaçıb.
Qeyd edək ki, bununla Azərbaycan millisi İslamiadada 44-cü qızıl medalını qazanıb.
Yarışda gümüş medalı Özbəkistan təmsilçisi Mansur Abdiraşidov, bürünc medalı isə mərakeşli Mahdi Afri qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində