Bakı. 17 may. REPORT.AZ/ "Yarışa yaxşı hazırlaşmışdım. İlk rəqibim İran idmançısı idi və ona 10:5 hesabı ilə qalib gəldim".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə 59 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Murad Məmmədov deyib.
O, yarımfinalda uduzmasını yorulması ilə əlaqələndirib: "İran idmançısı ilə güləşdikdən iki görüş sonra məni yenidən döşəyə dəvət etdilər. Yorğunluq hələ bədənimdə qalmışdı. Ona görə də qırğız idmançıya uduzdum".
M.Məmmədov qarşıdan gələn Avropa çempionatına hazırlaşdığını deyib.