Londonda terror aktına hazırlaşan dəstə tutuldu

Londonda terror aktına hazırlaşan dəstə tutuldu
19:33 17 May 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Londonda Böyük Britaniyada terror aktına hazırlıqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda paytaxt polisinin mətbuat xidməti bildirib.

Saxlanılan şübhəlilərin yaşları 18-27 arasındadır. Onlar yaşadıqları mənzillərdə tutulub. Məlumata görə, onlar MI5 Britaniya kəşfiyyatı və London polisinin terrorizmlə mübarizə üzrə birgə apardığı tədbirlər çərçivəsində saxlanılıb.

Hazırda Londonun şərqində beş evdə və bir ofisdə axtarışlar gedir. Əməliyyatın digər təfərrüatları açıqlanmayıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR