"İçimdə ağrı, dərd, problem var" - Azərbaycanlı aktyor

"İçimdə ağrı, dərd, problem var" - Azərbaycanlı aktyor
19:42 17 May 2017
152 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Teymur Məmmədov "ATV kulis" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor rol aldığı filmlərdən danışıb:

"Son günlər çox filmlər çəkilir. Cavanlar bir-biri ilə bəhs edir, amma bu da yaxşıdır. Film sahəsində böyük rəqabət var.

Məni də çəkilməyə dəvət edənlər sağ olsunlar. Düzdür, komediya janrında olan filmlərə çəkilirəm. Amma mənim içimdə ağrı, dərd, problem var. Şuşa Teatrında çalışrıam. Bu yaxınlarda isə Şuşanın işğalından 25 il ötdü. Bu münasibətlə tamaşa nümayiş etdirdik. Tamaşaçıları sarsıdan bir səhnə əsəri idi. Onu ümidli sonla yekunlaşdırdıq".

T.Məmmədov "İndiki gənclərdən razısınız" sualına belə cavab verib:

"Tale, vaxt elə gətirib ki, bizim incəsənətdə yolumuz sovet mədəniyyətindən keçib. Biz buna məcbur qalmışıq. Şükürlər olsun ki, sovet dövrünü boş keçirməmişik. Ondan üz döndərmişik ki, başqa yol tapaq. Gedib haradansa nəsə öyrənməliyik. Məktəbsiz öyrənmək olmur. İndiki gənclərdən təhsil sarıdan razı deyiləm. Onların biliyi dərin deyil"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/545819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR