Play Store

Patimat Abakarova: "İslamiadada atmosfer Yay Olimpiya Oyunlarındakı kimidir"

Patimat Abakarova: "İslamiadada atmosfer Yay Olimpiya Oyunlarındakı kimidir"
19:47 17 May 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ "Döyüşlər çətin deyildi, amma rəqiblər yaxşı idi". 
"Report"un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Patimat Abakarova deyib.
49 kq çəki dərəcəsində mübarizə aparan xanım idmançı bildirib ki, final görüşündə bir qədər yorğun olsa da, qalib gəlməyə çətinlik çəkməyib. O, qələbəni ailəsinə həsr etdiyini söyləyib: "Yarışa yaxşı hazırlaşdım və ciddi yanaşdım. İslamiadada atmosfer Yay Olimpiya Oyunlarında olduğu kimidir. Azarkeşlər qızıl medal gözləyirdi. Buna nail olduğum üçün sevinirəm. Qələbəmi ailəmə, məşqçilərimə həsr edirəm. Federasiyamıza minnətdarlığımı çatdırırıam".
Qeyd edək ki, Patimat Abakarova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/patimat-abakarova-qelebemi-aileme-mesqcilerime-hesr-edirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR