Güləşçimiz İslamiadada ikinci oldu

Güləşçimiz İslamiadada ikinci oldu
19:57 17 May 2017
38 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Yousef Qaderian olub. Gərgin keçən mübarizədə hesab 1:1 olsa da, iranlı güləşçi sonuncu xal qazandığı üçün, hakimlər qələbəni iranlı təmsilçiyə veriblər.

Güləşçimiz R.Hüseynov isə gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR