Güləşdən İslamiadada ilk qızıl medal

Güləşdən İslamiadada ilk qızıl medal
20:08 17 May 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.

Trend-in məlumatına görə, birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi Qırğızıstan idmançısı Dzuzupbekov Uzur olub.

Gərgin keçən mübarizədə idmançımız rəqibinə 5:0 hesabı ilə qalib gələrək İslamiadada yunan-Roma güləşindən Azərbaycana ilk qızıl medalı qazandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2755948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR