Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi Qırğızıstan idmançısı Dzuzupbekov Uzur olub.
Gərgin keçən mübarizədə idmançımız rəqibinə 5:0 hesabı ilə qalib gələrək İslamiadada yunan-Roma güləşindən Azərbaycana ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində