Azərbaycan taekvandoçusu QIZIL medalın addımlığında

Azərbaycan taekvandoçusu QIZIL medalın addımlığında
20:52 17 May 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz finala yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Rio Olimpiadasının bürünc medalçısı Milad Beigi Hərçəqani (80 kq) İslamiadanın finalına yüksəlmək üçün iranlı Əlireza Dərvişpurla üz-üzə gəlib.

Azərbaycan idmançısı rəqibinə 24:4 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR