Play Store

Ağıllı kişilərin uşaqları xəstə olur - ELMİ ARAŞDIRMA

Ağıllı kişilərin uşaqları xəstə olur - ELMİ ARAŞDIRMA
21:17 17 May 2017
Ölkə mətbuatı
A- A+

Ağıllı, İQ göstəricisi yüksək olan kişilərin uşaqları xəstə doğulurmuş.

Milli.Az xəbər verir ki, San Fransiskoda keçirilən Autizm üzrə tədqiqatçıların beynəlxalq görüşündə bu barədə məlumat verilib.

Qeyd olunub ki, yüksək intellektli kişilərin uşaqları 31% daha çox autizm xəstəliyi ilə dünyaya gəlir. Tədqiqatçılar 309 min 803 uşağın valideynlərini araşdırıblar. Avropa və Amerikada hərbi xidmətə çağırılarkən yüksək məntiq balı toplayan oğlanların sonralar əksəriyyətinin uşağı xəstə doğulub. Maraqlıdır ki, İQ səviyyəsi düşük olan kişilərin uşaqları isə sağlam dünyaya gəlir.

Tədqiqatçılar hazırda bunun səbəbini araşdırırlar. Həmin uşaqların analarının da məntiq səviyyəsi öyrənilə bilmədiyi üçün hələlik dəqiq nəticəyə gəlmək mümkün deyil. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR