Almaniya millisindən imtina edib, Türkiyəni seçdi - RƏSMİ

Almaniya millisindən imtina edib, Türkiyəni seçdi - RƏSMİ
21:27 17 May 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

"Hoffenhaym"ın türk futbolçusu Kərəm Dəmirbay Türkiyə millisində oynamağa qərar verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb.

Bildirilir ki, 23 yaşlı yarımmüdafiəçi üçün FİFA-ya müraciət edilib. Ali futbol qurumunun qərarından sonra K.Dəmirbay milliyə dəvət ediləcək.

Ötən mövsüm "Hoffenhaym"da 27 oyun keçirən futbolçu 6 qol vurub, 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Almaniya və Türkiyə mətbuatı Kərəmin Bundestimdə oynamağa qərar verdiyini yazmışdı. Ancaq o, son anda qərarını dəyişərək "ay-ulduzlular"ı seçib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR