Xüsusi günləri yaddaqalan etmək üçün yeni dəb yaranıb - SİFARİŞ QİYMƏTLƏRİ - VİDEO

Xüsusi günləri yaddaqalan etmək üçün yeni dəb yaranıb - SİFARİŞ QİYMƏTLƏRİ - VİDEO
21:32 17 May 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Gənclər xüsusi günləri yaddaqalan etmək üçün şənlik aksesuarları satılan mağazalara üstünlük verirlər.

Milli.Az xəbər verir ki, ən çox tələbat isə qiyməti 2-6 manat arasında dəyişən hərf formasında olan şarlaradır. Şar helium qazı ilə doldurulduqda isə qiymət artır.

Satış obyektlərində aksesuarları həm almaq, həm də icarəyə götürmək olur.

Elektron olanlara və üfürdükdə sönməyən şamlara da maraq böyükdür. Otağın bəzədilməsi üçün lazım olan bəzəkli kağız və zərlərin qiyməti 2-6 manat arasında dəyişir. Aksesuar mağazasının sahibi Tural Abışov deyir ki, sürpiriz ad günləri üçün qadınlar daha çox müraciət edir. Evlilik təklifi, şirkətdaxili yığıncaqlar, universitet və məktəb tədbirləri üçün müraciət edənlər də var. Otağın bəzədilməsi üçün dekorçu da sifariş edə bilərsiniz.

Maskarat geyimlərinin satışı 150 manatdan başladığı halda, bir günlük icarəsinin qiyməti 30 manatdır. Burada uşaqların ad günlərini qeyd etmək üçün də aksesuarlar satılır. Uşağa ad gününü keçirmək üçün otağın adi qaydada bəzədilməsi 100 manata başa gəlir. Hər cür ideyanı reallaşdırmaq üçün əvvəlcədən sifariş də mümkündür. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xüsusi günləri yaddaqalan etmək üçün yeni dəb yaranıb - SİFARİŞ QİYMƏTLƏRİ


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR