Azərbaycanda qədim kitablar tapıldı - Evin divarlarına hörülübmüş - VİDEO

Azərbaycanda qədim kitablar tapıldı - Evin divarlarına hörülübmüş - VİDEO
21:37 17 May 2017
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, Biləsuvarda sovet repressiyası dövründə sakinlər tərəfindən gizlədilərək qorunub saxlanmış qədim kitabların toplanılmasına başlanıb.

50-ə yaxın belə kitabları qoruyanlardan biri Biləsuvarın Bəydili kəndində yaşayan Kamal Məmmədovdur. Onu sözlərinə görə, bu kitabları evin divarlarına hörməklə dövrümüzə qədər qoruyub saxlayıb. Gizli saxlanıldığı üçün kitablar uzun müddət araşdırılmayıb. Lakin yazılı nümünələrə mütəxəssislər baxış keçirdikdən sonra məlum olub ki, bunlar dini şəriət qanunları, ailəşunaslıq və müqəddəs Qurani- Kərimin təfsiri, eləcədə digər mövzularla bağlıdır.

Hazırda kitabların invertarlaşdırılaraq qorunması və Azərbaycan dilinə tərcüməsi üçün işlər aparlır. Qədim kitablara müxtəlif ərəb ölkələrinin Azərbaycandakı səfirliyinin nümayəndələri də baxış keçirərək onlarıın İslam mədəniyyəti ilə bağlı qiymətli yazılı nümünələr olduğunu bildiriblər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Biləsuvarda qədim kitablar tapıldı - Evin divarlarına hörülübmüş


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR