Bu gün Ermənistan prezidenti Serj Sərkisyan daha bir vəzifəli şəxsi işdən azad edib.
Publika.az xəbər verir ki, Ermənistan prezidentinin fərmanına əsasən ədliyyə naziri Arpine Ovannisyan tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Ovannisyan Ermənistan parlamentinin deputatı seçilib. O, ötən cümə günü deputat mandatını təhvil alıb. (Teleqraf.com)