Dilimizdən düşməyən bu sözlərin yaranmasının maraqlı tarixi - FOTO

Dilimizdən düşməyən bu sözlərin yaranmasının maraqlı tarixi - FOTO
21:52 17 May 2017
Ölkə mətbuatı
A- A+

Gündəlik işlətdiyimiz sözlərə o qədər alışmışıq ki, bizə doğma gəlir. Elə sanırıq ki, dünya yaranandan bu sözlər varmış. Msələn "sürücü" və ya dünyəvi adı ilə desək, "şofer" sözü. Maşının tarixi 100 ildən bir qədər artıqdırsa, deməli bu söz də "dəmir at"la eyni yaşda olar. Yəni düşündüyümüz qədər də qədimi söz deyilmiş. Gündə nə qədər işlətdiyimiz belə beynəlxalq sözlərin haradan gəldiyini bilirikmi?

Milli.Az bildirir ki, publika.az məşhur sözlərin qaynağını araşdırıb:

Elə şoferdən başlayaq - bu fransız sözünün hərfi tərcüməsi "ocaqçı"dır. Bəs sürücünün ocaqçılıqla nə əlaqəsi var, deyə haqlı olaraq sual verə bilərsiniz. Cavabı isə belədir: ilk maşınların mühərriki buxar sistemli olduğu üçün onu vaxtaşırı qalamaq lazım gəlirdi. Yəni məhz ocaqçı qazanxana istiliyini təmin edərkən ocaq qaladığı kimi. Ona görə də sürücülərin ocaqçılığı onlara şofer adını qazandırır. İndi sürücülər son model maşınlarda demək olar ki, sükanı tutmaqdan başqa bir şey etmirlər: yüksək texnologiyalı maşınlar özləri özlərini sürürlər. Amma sürücünün alnına möhürlənmiş ocaqçı hisi çəkilmir ki, çəkilmir...

İdiot - hazırda söyüş kimi işlənən bu beynəlmiləl söz (çoxları bunu rus sözü bilir, amma belə deyil) vaxtilə qədim Yunanıstanda siyasi termin olaraq işlənib. Yunanıstanda siyasi mövzulardan yayınan adamlara idiot deyilirdi. Amma Elladada siyasət bir kult olduğuna görə bu mövzuda danışmaqdan çəkinən kişilər özlərini publikanın gözündə axmaq duruma salmış olurdular. Ona görə də siyasətə etinasız yanaşanları tədricən təhqiramiz olaraq idiot adlandırmağa başladılar.

Bohema - qaydalara tabe olmayan, qanun tanımayan, sənətçı həyatı yaşayan adamlara verilən beynəlxalq addır. Amma yaranma tarixi yenə də fransızlara bağlıdır. Belə ki, XV-XVI əsdə Bohem krallığının ərazisində (hazırda Çexiya ərazisidir) həddən artıq qaraçılar yaşayırdı. Tədricən Fransaya köçən, daha çox incəsənət sahəsində çalışan bu insanlara maraq böyük olur. Lakin onların arasında hətta şöhrətli olanlar belə ənənəvi qaraçı həyat tərzindən qurtulmaq istəmirlər. Kütləvi rəqslər, gecələr, əyləncə və gəzintilər onların vazkeçilməzi olur. Ona görə də incəsənət mərkəzi olan Fransada bu söz qaraçı kontekstindən çıxaraq ümumiyyətlə, sərsəri, qaydalardan uzaq həyat tərzi keçirən sənətkarları bohemlər adlandırmağa başlayırlar.

Gik - son zamanlar dillərdən düşməyən bir sözdür və hesab olunur ki, yeni texnologiyaların icadı ilə yaranıb. Manyakal şəkildə hansısa texnologiyadan asılı olan insanlara deyilir. Amma heç də müasir söz deyilmiş. Bu söz də sərsəri sənətkarlarla bağlıdır. Vaxtilə Amerikada səyyar sirklərin çılğın artistlərinə gik (ing. Geek - qəribə, əcaib anormal mənasında) deyilirdi. Belə ki, bu sirk artistləri hər kəsin gözü önündə xoruzun başını dişləyərək qopardıb çiy-çiy yeyirdilər. Ona görə də insanlar bu cür artistləri anormal hesab edirdilər, bununla belə onların izləyiciləri çox olurdu. Hazırda internet asılığı olan insanlar da kənardan baxanda az qala kompüterin və ya smartfonun içinə girəcəkmişlər, ekranı yeyəcəkmişlər kimi göründüyü üçün onlara bu ad verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR