"Tarixdə heç bir siyasətçi ilə belə pis və ədalətsiz rəftar edilməyib" -

"Mətbuatın son zamanlarda mənimlə necə davrandığına nəzər salın. Əminəm ki, tarixdə heç bir siyasətçi ilə belə pis və ədalətsiz rəftar edilməyib".

Metbuat.az-ın məlumatına görə, bu sözlər medianın hədəfinə tuş gəldiyini düşünən ABŞ prezidenti Donald Trampa məxsusdur.

"Hücumlar sizi daha da gücləndirmək üçündür. Tənqidlər sizi qorxutmasın. Doğrularınızdan əsla imtina etməyin. Mən Vaşinqton mediasına və xüsusi qruplara xidmət etmək üçün seçilməmişəm. Bu ölkənin unudulmuş qadın və kişilərinə yardımçı olmaq üçün prezident olmuşam", - deyə Tramp əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR