Radik İsayev İslamiadada qızıl medal uğrunda yarışacaq

Radik İsayev İslamiadada qızıl medal uğrunda yarışacaq
22:08 17 May 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kişilərin taekvando yarışlarında 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Radik İsayev IV İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvando yarışlarında qızıl medal uğrunda yarışacaq.

Trend-in məlumatına görə, Radik İsayev yarımfinalda iordaniyalı Hamza Kattana qalib gələrək finala vəsiqə qazanıb. Radik İsayevin finaldakı rəqibi özbəkistanlı Dmitri Şokin olacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR