Polşada barıt zavodunda partlayış baş verib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Xilasedicilərin nümayəndəsinin bildirdiyinə görə, iki nəfər tamamilə dağılmış binanın altında qalıb. Məhz bu insanlar partlayışın baş verdiyi sexdə olub.
Müəssisə qara barıt istehsalı ilə məşğul olub.