Play Store

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında taekvandoçuların mükafatlandırma mərasimində iştirak edib

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında taekvandoçuların mükafatlandırma mərasimində iştirak edib
22:36 17 May 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında +87 kq çəki dərəcəsində mübarizə aparan taekvandoçuların mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, mükafatlandırma mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev qaliblərə medalları təqdim edib.

Bu çəkidə idmançımız Radik İsayev birinci olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2756000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR