Ana südü ilə bağlı inanılmaz araşdırma: "Hamlet" xərçəngə qarşı

Ana südü ilə bağlı inanılmaz araşdırma: "Hamlet" xərçəngə qarşı
22:37 17 May 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Ana südünün tərkibindəki şərti olaraq "Hamlet" adlanan maddə xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.

Milli.Az xəbər verir ki, bu nəticəyə isveçrəli alimlər uzun zamandır apardıqları araşdırmadan sonra gəliblər.
Onların qənaətinə görə, ana südü xərçəng hüceyrələrini zərərsizləşdirən keyfiyyətlərə malikdir.
Araşdırma İsveçrənin Lund Universitetində çalışan mütəxəssis professor Katarina Svanborq tərəfindən aparılıb. Antibiotiklər üzərində işləyən Katarina xərçəng xəstəsinə ana südü verdikdən sonra xəstəliyi yaradan hüceyrələrin məhv olmasını müşahidə edib.
Onun sözlərinə görə, "Hamlet" adlandırılan maddə sehrli təsir gücünə malikdir:
"Ana südünün tərkibindəki zülal ehtiva edən bu maddə xəstənin orqanizminə daxil olaraq xərçənglə mübarizə bölgəsi yaradır". (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/545729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR